21.11.2024 01:00
Oktyabr ayının 16-18 də “United Alliance Group”da dənizçilər üçün növbəti “Açıq qapı” günü keçirilib.
Allmarinenews-un məlumatına görə, 3 gün davam edən “Açıq Qapı” tədbirində 50-dən çox dənizçi iştirak edib.
Görüşdə “GN Group” şirkətinin insan resursları üzrə baş mütəxəssisi Yasin Ayaz, “UAG CREW” şirkətinin direktoru Nurlan Süleymanov, “United Alliance Group” şirkətinin mətbuat katibi Sevgül Abdullayeva iştirak edib.
S.Abdullayeva “United Alliance Group”un fəaliyyət və xidmətləri barədə dənizçilərə ətraflı məlumat verib və şirkətin yeniliklərindən bəhs edib.
Görüş zamanı dənizçiləri maraqlandıran suallar cavablandırılıb və onları narahat edən məqamlara aydınlıq gətirilib.Nümayəndələr İlk dəfə gəmidə fəaliyyət göstərəcək sıravi heyət mütəxəssisləri ilə təcrübələrini bölüşərək gəmidəki iş rejimində etik prinsiplərin önəmini, bunun peşəkar iş fəaliyyətində zərurətini qeyd edib.
Görüşdə açıq vakansiyalar üzrə şirkət tərəfindən dənizçilərin göndərdikləri CV nümunələrinin mərhələli şəkildə nəzərdən keçirilərək dəyərləndirildiyi nəzərə çatdırılıb.
“Açıq qapı”da iştirak edən dənizçilərlə birbaşa görüşün mövcud vakansiyalar üzrə seçimlərin aparılmasında perspektivin daha yüksək olacağı bildirilib.
“GN Group” şirkətinin insan resursları üzrə baş mütəxəssisi Yasin Ayaz dənizçilərin CV dolduran zaman diqqət edilməli məsələlərə toxunub. Doğru CV nin doldurma qaydası barədə dənizçilərlə təcrübələrini bölüşüb. O bildirib ki, “United Alliance Group”da dünya dənizçilik şirkətlərinin beynəlxalq standartlarına uyğun ödənişsiz CV hazırlama xidmətindən yararlanaraq peşəkar dənizçi CV-ni əldə edə bilərlər.
O bildirib ki, ödənişsiz CV hazırlama xidməti dənizçilərə bu sahədə şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
“UAG CREW” şirkətinin direktoru Nurlan Süleymanov gəmidə etik davranış prinsiplərinə və təhlükəsizlik qaydalarına toxunaraq bunun dənizçilərin gəmidəki fəaliyyətində önəm daşıdığını bildirib.
Görüş zamanı açıq vakansiyalar üzrə şirkət tərəfindən dənizçilərin təqdim etdikləri CV nümunələri nəzərdən keçirilib. CV nümunələrinin mərhələli şəkildə dəyərləndirildiyi nəzərə çatdırılıb.
Sonda dənizçilərlə geniş fikir mübadiləsi aparılıb, onların diqqətini çəkən məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, “Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da dənizçilərlə davamlı olaraq bu kimi görüşlər keçiriləcək.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14