“United Alliance Group”da İyun ayının 12-dən etibarən dənizçilər üçün təşkil edilən “Açıq qapı” bu gün də davam edib.
Allmarinenews x'b'r verir ki, görüşdə şirkətimizin partnyorluq etdiyi GN Group şirkətinin insan resursları üzrə müdiri, çoxillik tərcrübəyə malik uzaq səfərlər kapitanı Recep Erkan Erecek, “Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi”nin sədri İlham Nəsirov, “Liman Sığorta və Təkrarsığorta Brokeri” və “Baku City Travel” şirkətlərinin nümayəndələri iştirak ediblər.
R.E Erecek Dənizçilərlə görüşərək onları maraqlandıran suallara cavab verib. Eyni zamanda onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlər aparıb. Dənizçilərin xarici bayraqlı gəmilərə işə düzəldilməsi qarşılığında onlardan ödəniş tələb olunmasının qarşısını alınması məsələsinə toxunub, onların həlli yolları barədə fikir mübadiləsi aparıb.
O qeyd edib ki, bu kimi hallar yolverilməzdir və bunun qarşısının alınması məqsədi ilə artıq bir sıra tədbirlər görülür:
“Son vaxtlar dənizçilərin işə düzəldilməsi qarşılığında onlardan hər hansı formada ödəniş alınması hallarına rast gəlinir. Bu həm şirkətimizin, həm də dənizçinin imicinə zərər yetirir.
Bununla yanaşı bir neçə dənizçinin şirkətin adından istifadə edərək xarici bayraqlı gəmilərə işə qəbul adı ilə aldadılma hallarına qarşı ayıq olmağa, aldanmamağa çağırırıq”. Bu kimi xoşagəlməz hallarla bağlı təklif alan zaman şirkətin birbaşa rəsmi veb sayt və ya aktiv sosial şəbəkə hesabları üzərindən nümayəndəliyinə məlumat vermələri xahiş olunub.
Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov bu sahədə dənizçiləri narahat edən məsələləri işıqlandıraraq həlli yollarının tapılmasında öz töhvələrini əsirgəmədiklərini nəzərə çatdırıb.
“Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin direktoru Zinyət Qurban dənizçilər üçün yaradılan sığorta imkanlarından bəhs edərək sığorta sahəsində dənizçiləri maraqlandıran suallara aydınlıq gətirib . Şirkətin korporativ şöbə rəhbəri Kənan Məmmədov sığorta brokerliyi xidmətinin üstünlüyü və dənizçilər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.
Görüşdə “Baku City Travel” şirkəti haqqında da dənizçilərə məlumat verilib. Şirkətin aviabilet satışı və tur təşkilində dənizçilərə özəl təkliflərdən, bəhs edilib. Qeyd edilib ki, dənizçilərə Azərbaycandan digər ölkələrə səfər zamanı viza dəstəyi də göstəriləcək.
“Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da mütəmadi olaraq dənizçilik şirkətinin nümayəndələri ilə dənizçilərin sosial rifahının yaxşılaşdırılması və onların xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərində işə düzəlmə prosesində şəffaflığın təmin olunması məqsədi ilə bu kimi görüşlər keçiriləcək.
Qeyd edək ki, “Açıq qapı” 14 iyuna qədər davam edəcək.
Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə 14 İyun saat 11:00-da ofisimizə yaxınlaşa bilərlər.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14