"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".
Allmarinenews Denizhaber.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə “taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.
Bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: "Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək.
Qeyd edək ki, Ukraynanın Krım yaxınlığında Rusiya donanmasına hücum etdiyi iddiası ilə Rusiya taxıl sazişini dayandırmışdı.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56