15.12.2024 16:31
Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “SFA Federasiya Kuboku 2023” yarışları keçirilib.
Allmarinenews xəbər verir ki, yarışlar, Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixlərində “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə Avropa çempionatına qatılan milli yığmacılar, cari il üzrə yay məktəbi iştirakçıları, komandaya yeni seçilən idmançılar, “SFA Federasiya Kuboku 2023″ün qaliblərinə kubok, diplom və sertfikatlar təqdim olunub.
Tədbirdə Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev və Federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni çıxış edib.Həmçinin 2022-ci il üzrə SFA Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.Qeyd edək ki, “SFA Federasiya Kuboku” 6-cı ildir ki, ənənəvi şəkildə həyata keçirilir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32