15.12.2024 16:31
İkiillik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətini bərpa edib və qiymətlər əvvəlki səviyyədə saxlanılıb.
Allmarinenews "Report"-a istinadən xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
Ə.Mehdiyeva bildirib ki, Bakı bulvarında 2022-ci ildən dəniz səviyyəsinin aşağı enməsi səbəbindən gəmi gəzintisinə fasilə verilib: “İlin əvvəlindən dənizin dərinliyi ölçülüb və nəticədə gəminin təhlükəsiz hərəkəti üçün yeni marşrut müəyyən edilib. Əvvəlki marşrut “Sadko” körpüsündən keçirdisə, indi gəmi Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Bu ərazidəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün əlverişlidir”.
Onun sözlərinə görə, gəmi xidmətinin yenidən başlanması ilə bağlı insanların marağını nəzərə alaraq və istismar xərclərinin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi bilet qiymətlərini dəyişməyib: "Qiymətlər gəmidə yerinə və mərtəbəsinə görə 5-10 manat arasında dəyişir. Bu tariflər 2015-ci ildə müəyyənləşdirilib. Gəminin təhlükəsizliyi Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən təmin edilir".
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32