Livan təşkilatı “Hizbullah” Hayfa liman şəhərinin şimal-qərbində yerləşən İsrailin Stella Maris hərbi-dəniz bazasına kütləvi raket zərbəsi endirib.
Allmarinenews xəbər verir ki, bu barədə təşkilatın teleqram kanalında yerləşdirilən bəyanatda bildirilib.
Qeyd olunur ki, əməliyyat “Qəzza zolağında Fələstin xalqının sarsılmazlığını dəstəkləmək”, həmçinin “Livanı İsrail təcavüzündən qorumaq” məqsədilə həyata keçirilib.
Daha əvvəl “Hizbullah” dəstələri ilk dəfə olaraq Aşdoddakı hərbi-dəniz bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Təşkilat dronların “hədəfləri dəqiq vurduğunu” iddia edib.
//Report
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56