"Baku Shipping Dinner"in Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçiriləcək - VİDEO

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 14.06.2024 18:11

20-21 İyunda “United Alliance Group LTD” tərəfindən Bakıda "Baku Shipping Dinner"in tədbiri çərçivəsində  “Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” keçiriləcək.

Görüşdə Beynəlxalq Dəniz Təşkilatından (IMO), Dünya Dəniz Universitetindən (World Maritime University), Türkiyə Dənizçilik Baş İdarəsindən nümayəndələri, Türkiyədə fəaliyyət göstərən böyük gəmiçilik şirkətlərinin əməkdaşları, Xəzər dənizi və Qara Dəniz sahili ölkələrdən qonaqların iştirakı nəzərdə tutulub. 

Tədbirdə Dünya Dəniz Universitetindən professorlar və digər iştirakçılar tərəfindən dəniz təhlükəsizliyi, mühafizəsi və ətraf mühitin mühafizəsinə dair təqdimatlar ediləcək, dənizçilərin və digər iştirakçıların bu mövzuda suallarının cavablandırılması üçün beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələr keçiriləcək.  

Tədbirin əsas məqsədi: Xəzər, və Qara dəniz regionlarının gəmiçilik sektorunda fəaliyyət göstərən gəmi sahiblərini, dənizçilik üzrə insan resursları, broker, nəqliyyat-logistika, gəmiçilik şirkətlərinin, nəqliyyat strukturlarının nümayəndələri, rəsmi şəxsləri bir araya gətirərək dənizçilik üzrə heyət idarəçiliyi, dəniz təhlükəsizliyində insan resurslarının idarə edilməsi barədə bilik və təcrübələrin bölüşdürülməsi, eləcə də tədbirdə iştirak edən xarici gəmiçilik şirkətləri ilə tanış olaraq onların beynəlxalq sularda iş imkanlarının və yeni iş yerlərinin yaradılmasında dəstək göstərməkdir.

Ümumilikdə 2 gün davam edəcək tədbirin ilk günü rəsmi hissəyə ayrılacaq. 2-ci gün isə iştirakçılar üçün kokteyl və ziyafət təşkil ediləcək.