"Bakı Gəmiqayırma Zavodu" MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.
Allmarinenews xəbər verir ki, zavoda rəhbərlik Elşad Nuriyevə həvalə olunub.
O, həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.
Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31