Yəmən limanı yaxınlığında gəmiyə hücum edilib

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 29.04.2024 16:33

Mərkəzi Yəmən sahillərində gəmiyə hücum olunub.

Allmarinenews TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO-ya Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd olunub.

UKMTO hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları barədə verməyib.