18.05.2024 11:57
Mozambikdə gəminin batması nəticəsində 94 nəfər ölüb, 26 nəfər itkin düşüb.
Allmarinenews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Dəniz Nəqliyyatı İnstitutunun (INSTRASMAR) yaydığı açıqlamada yer alır.
Məlumata görə, Nampula əyalətinin Lunqa bölgəsindən Mozambik adasına doğru üzən gəminin batma səbəbi tutumundan daha çox yük götürməsi olub.
Nampula əyalətinin rəhbəri Jaime Netoise, qayıqdakı insanların vəba epidemiyasından xilas olmaq üçün mühacirət etdiyini bildirib.
18.05.2024 11:57
18.05.2024 09:00
14.05.2024 09:55
13.05.2024 14:30
10.05.2024 09:00
09.05.2024 09:00
07.05.2024 13:35