Çanaqqala boğazında quru yük gəmisində yanğın baş verib

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 26.04.2024 13:31

Çanaqqalada "AK DISCOVERY" adlı 107 metrlik quru yük gəmisində yanğın baş verib.

Allmarinenews Tükriyə KİV-nə istinadən xəbər verir ki, yanğın gəminin maşın şöbəsində başlayıb.

Gəmidəki 14 heyət üzvündən 1 nəfərin yaralanıb və təxliyyə edilib.

Sahil Təhlükəsizliyi qruplarının müdaxiləsi nəticəsində yanğın söndürülüb. Yanğın səbəbi ilə boğazda dayandırılan gəmilərin hərəkəti normallaşıb.