BDT-nin Hüquq Komitəsi dənizçilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı yeni təlimatları yekunlaşdırıb

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 30.04.2024 16:26

Beynəlxalq Dəniz Təşkilatının (IMO)-nun Hüquq Komitəsi dənizçilərin cinayət törətməkdə şübhəli bilinərək xarici yurisdiksiyalarda saxlandıqları təqdirdə ədalətsiz rəftardan qorunmasını təmin etmək üçün yeni təlimatlar toplusunu yekunlaşdırıb. 

Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı məlumat verib.

Aprelin 22-dən 26-dək İMO-nun Londondakı mənzil-qərargahında Kanadadan olan Gillian Qrantın sədrliyi ilə Hüquq Komitəsinin 111-ci sessiyasının gündəliyində dənizçilərə ədalətli münasibət göstərilməsi ilə bağlı təlimatlar təqdim edilib.

Təlimatlarda bildirilib ki, dənizçilərin gəmidə işlədikləri müddətdə cinayət törətməkdə şübhəli bilinərək onların vətəndaşlığından başqa yurisdiksiyada saxlanıla bildikləri hallarda tətbiq edilməlidir. Onların məqsədi dənizçilərin dövlət orqanları tərəfindən istintaq və həbs zamanı qanuni proses hüququnu qorumaqdır. 

Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominguez sözügedən təlimatların qarşıya qoyulmuş problemlərin həllində əhəmiyyətli rol oynayacağını vurğulayıb:

"Dənizçilərin rifahı məni və İMO-nun bütün üzvlüyünü böyük narahat etməkdə davam edir. Cinayət törətməkdə şübhəli bilinərək saxlanılan dənizçilərlə ədalətli rəftarla bağlı təlimatları yekunlaşıb və bu təlimatlar IMO-BƏT-in Birgə Üçtərəfli İşçi Qrupuna təqdim olunmağa hazırdır. Təlimat dənizçilərin üzləşdiyi problemlərin həllinə əhəmiyyətli dəyər əlavə edəcək və dənizçilərlə ədalətli rəftar edilməsini təmin edəcək".

Qeyd edək ki, sözügedən təlimatlarda liman dövlətləri, bayraq dövlətləri, sahilyanı dövlətlər, dənizçinin milli olduğu dövlətlər, gəmi sahibləri və dənizçilər üçün məlumatlar var.